2023/24 mövsümündən etibarən Peşəkar Futbol Liqası və “Misli” “Ayın qolu” layihəsinə start verib. Layihə çərçivəsində ayın ən gözəl qolunu vurmuş futbolçu PFL və “Misli” tərəfindən mükafatlara layiq görülür. PFL-in feysbuk sosial şəbəkəsində keçirilən müsabiqədə azarkeşlər tərəfindən cari mövsümün sentyabr ayının ən gözəl qolu “Araz – Naxçıvan”ın oyunçusu Bernardo Diasın "Kəpəz"ə vurdugu qol seçilib. Futbolçumuz bu gün keçirilən "Araz-Naxçıvan" - "Zirə" oyunundan əvvəl Peşəkar Futbol Liqası və “Misli” tərəfindən mükafatlandırılıb.

Mükafat Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov tərəfindən təqdim olunub.